Dənizdən - dənizə Böyük Azərbaycan və kiçik ermənistan: praeforo

(Ciddi məsələlər barədə)

20-ci əsrin ilk yarısında sexakronizm formalaşdı- bu millətçi ideologiyaya görə bir şəxsin ən yüksək dəyəri onun etnik mənsubiyyətidir, bunun xaricində o, tam olaraq mövcud ola bilməz. Məqsəd, erməni xalqını tarixi vətən adlandırılan ərazisi boyunca vahid bir erməni dövləti çərçivəsində birləşdirmək idi.

Maraqlıdır ki, hələ 90-ci illərdə Ermənistanin yeganə praqmatik rəhbəri Ter Petrosyan yazırdı ki, "Status-kvonu, yəni mövcud durumu qorumaq səyləri dünya birliyinin gec-tez bu faktla barışıb, son nəticədə Dağlıq Qarabağın müstəgilliyni tanıyacağı fəlsəfəsinə əsaslanır. Nəzəri cəhətdən bu, düzgün, ələlxüsus tarixi baxımdan bir neçə əməli presedentə əsaslanan fəlsəfədir.

Lakin sual olunur: “Ermənistanın daha 20, 30, 40 il status-kvonu qoruyub saxlamağa imkanları varmı? Öz iqtisadiyyatını inkişaf etdirməyə, blokadaları və blokadaların doğurduğu maneələri dəf etməyə onun resursları kifayət edərmi? Və, nəhayət, ölkəmiz Azərbaycanla rəqabətə tab gətirə bilərmi?“".

Əslində ərəb qafali sabiq prezidentin qorxuları özünün inandığı qədər real imiş və Azərbaycanın son bir neçə ilinə rəhbərlik edən İlham Əliyev faktoru  Petrosyanin qorxduğu "imkanlar" zəncirini quraraq keyfiyyət yanaşması əldə etdi və Ermənistanın qeyri- ədalətli yolla əldə etdiyi üstünlüyü sıfırladi...
Görün ki, nəticədə nəinki Qarabağ məsələsi gündəmdən çıxdı: dünyanın siyasi leksikonunda Şərqi Zəngəzur rayonu, Zəngəzur dəhlizi, Azərbaycanın Ermənistana verilmiş tarixi torpaqlarında performansı gündəm olmaqdadır.

İlham Əliyev fenomeni Azərbaycanın dövlətçilik tarixi və regionun yeni dizaynı istiqamətində bir neçə mərhələ başlanmış oldu:

1. Qarabağ yarasını, Xocalı, Xocavənd, Xankəndi siqmatizasitasini 44 günlük qalibiyyət təntənəsinin nəticəsi kimi bağlanan 10 noyabr razılaşmasının bədənlərində birdəfəlik dəfn etdi.
2. Rusiyanın bölgə ilə bağlı qarşıdurma planlarını əməkdaşlıq formatına çevirərək Qafqazdan bütün dünyaya yayılacaq faydalı iqtisadi mühit yaratmaq üçün zəmin hazırladı.
3. Tarixi - siyasi leksikonda dənizi olmayan Ermənistanın əlindən Dənizlər arasında mövcud olan Azərbaycan üçün, üç dəniz - 3D formatını inşa etdi.
4. Ərazi olaraq Zəngəzur Azərbaycana, problem adı olaraq Qarabağ Ermənistana köçdü.
Bu günün olaylarına sözardı...
- Bir il əvvəl proseslər Azərbaycan ərazisində gedirdi, bu gün Ermənistan ərazisində gedir.
- Bir il əvvəl hər iki tərəf amansız müharibədə savaşır, itkilər verir, birinci müharibənin eyforiyasi ilə  savaşmağa çalışan düşmən vardı, bir il sonra sadəcə kaska ilə postdan qovulan erməni əsgəri var.
- Bir il əvvəl Azərbaycanın əraziləri işğal altında idi, bir il sonra Ermənistan əraziləri Azərbaycan əsgərinin nəzarəti altına düşür.
- Bir il əvvəl məğlub Azərbaycan xalqı vardı, bir il sonra məğlub erməni xalqı var.
İlham Əliyevin hədəfləri adlı kitab yazılsa, mütləq orda hər il məkan və zaman kateqoriyasında hansı formada dəyişiklərin baş verdiyini görə bilərik.
1. Qarabağ
2. Ermənistan
3. Region....
Yəni Zahid Oruc da bir yazısında qeyd etmişdi: “Əlbəttə, indi İlham Əliyevin hər bir addımı təkcə qonşu dövlətlər deyil, eləcə də uzaq paytaxtlarda maraqla izlənilir. Lakin biz ölkə rəhbərinin təkcə Xankəndinin, Xocalının, Xocavəndin daxil olduğu Qarabağa hədəfləndiyini deyil, daha böyük məqsədlərə, o cümlədən Qərbi Zəngəzur dəhlizinə qədər uzanan planlarına region dövlətlərinə ərazi iddiası deyil, bir vaxtlar üç dəniz əfsanəsi adlandırılan layihələrin davamı kimi baxmalıyıq".
Üç dəniz əfsanəvi reallığa çevrildiyi üçün arqument bazası deyir:
- İranla müharibə yoxdur
- Rusiya ilə müharibə yoxdur
Davamlı şəkildə isə Azərbaycan tikir (Zəfər yolu, Füzuli aeroportu, Ağıllı kəndlər) Ermənistan isə dağıdır.
Və bu gün kim dağıdır?
Kim hücum edir?
Kim cəzalandırılır?
Günahkarın müttəfiqləri nə edir?
SWOT analiz kifayət edər ki, gedişatı və nəticəni proqnoz edə bilək:
Proseslər bölgənin Süveyş kanalı olan  Zəngəzur dəhlizinin açılmasına və Azərbaycan- Ermənistan sülh müqaviləsinin imzalanmasına aparır.
A)Sonuncu dəfə Rəis bugünkü kimi danışanda işğaldan azad olunmuş ərazilər haqda danışmışdı;
 Zəngəzur yolu açılacaq bu gedişlə. Əliyev demişdi ya xoşluqla, ya da zorla. 1 il Azərbaycan gözlədi ki, Nikol masaya gələ.
C) Rəisə zənglər gəlir. Yenə daban yala  "yanlar" telefondan asılı qalıblar.
D). "Dəmir Yumruq-2" yerindədir və başladı.

Əziz Əlibəyli, STM mətbuat xidmətinin rəhbəri