Mikayıl Cabbarovdan Milli Dirçəliş Günü ilə bağlı təbrik - FOTO


İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında yazıb. 
“Xalqımızın birliyini və istiqlaliyyət mücadiləsini təcəssüm etdirən 17 noyabr - Milli Dirçəliş Günü tariximizin parlaq səhifəsidir. 

Bayramınız mübarək!”, - deyə nazir paylaşımında qeyd edib.