Fransız jurnalistdən “Qalatasaray”a qarşı təxribat – FOTO

Fransız jurnalist Romen Canuti UEFA Avroliqasının “Marsel”-“Qalatasaray” matçı öncəsi Türkiyə klubunun rəmzi olan aslan heykəlinin üzərində çəkilmiş şəklini paylaşaraq “Aslanı əhilləşdirdim” yazıb.
Onun bu paylaşımı sarı-qırmızılı klubun tərəfdarları arasında ciddi narazılığa səbəb olub. Azarkeşlər jurnalistin hərəkətini təxribat kimi qiymətləndiriblər.
Bunu görən Canuti paylaşımını silərək “Cim-Bom”un tərəfdarlarından üzr istəyib.