Sevda gəlinliyini satır - Neçəyə? - FOTO

Müğənni Sevda Yahyayeva gəlinliyini satır.
Axşam.az xəbər verir ki, ifaçı türkiyəli modelyer Muammer Ketenci tərəfindən hazırlanan paltarını satmaq qərarına gəlib.
Qeyd edək ki, Sevda ötən ilin oktyabrında baş tutan toyunda iki gəlinlik geyinib. O, libaslardan birini Bakıdakı gəlinlik evlərindən birindən kirayə götürüb. Digəri isə xüsusilə onun üçün hazırlanıb. İfaçı açıqlamalarından birində paltarın qiymətinin baha olduğunu söyləyib.
Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir.