Tanınmış opera müğənnisi vəfat edib - FOTO

Dünyaca tanınmış opera müğənnisi Mariya Yuinq 72 yaşında vəfat edib.
Bu barədə onun sözçüsü Brayna Rifkin xəbər yayıb.
Onun sözlərinə görə, aktrisa yanvarın 9-da Detroitdəki evində ölüb.
Qeyd edək ki, atası afroamerikalı olan müğənni ilk dəfə 1971-ci ildə Nyu-Yorkdakı Metropolitan Operada çıxış edib.
Onun 39 yaşlı qızı Rebekka Holl aktrisa və rejissordur; o, Vudi Allenin “Vicky Cristina Barcelona”, Ron Hovardın “Frost/Nixon” kimi filmlərində rolları ilə tanınıb.