XİN başçısı: “Macarıstan və Azərbaycanın yerləşdiyi bölgələrdə çox dinamik proseslər baş verir”

“BMT, ATƏT və digər beynəlxalq platformalarda çox sıx münasibətlərimiz mövcuddur. Bu gün həm Macarıstanın, həm də Azərbaycanın yerləşdiyi bölgələrdə çox dinamik proseslər baş verir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Macarıstan xarici işlər və ticarət naziri Piter Siyarto birgə keçirdiyi mətbuat konfransında deyib.

“44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsi və region üçün hansı imkanlar açması, həmin ərazilərin bərpa edilməsi istiqamətində Azərbaycan dövlətinin üzləşdiyi çətinliklər və çağırışlarla bağlı müzakirələr aparılıb. Biz münaqişə mövcud olan dövrdə Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini müşahidə etmişik”, - o vurğulayıb.