Sumqayıt sakini hər gün şəhidlərin məzarlarını təmizləyir - VİDEO

Sumqayıt sakini Şamil Ələsgərov hər gün şəhərin Şəhidlər xiyabanını ziyarət edir, şəhid məzarlarını təmizləyir.
O, bu işlərinə görə şəhid ailələrinin sevimlisinə çevrilib.
Şamil təxminən 6 ildir, Aprel döyüşlərindən bu vaxtadək hər gün Sumqayıtdakı Şəhidlər xiyabanına gəlir, məzarların üstünü təmizləyir, bayraqları yeniləyir, bunu özünə borc bilir.
Şəhid valideynləri Şamili öz övladı kimi qəbul edir.
Daha ətraflı AzTV-nin süjetində: