Xəbər verdiyimiz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib
Qeyd edək ki, Polşa hava limanında ac-susuz qalan Azərbaycan vətəndşalarına Polşa xalqı yardımlar edir.
Bu barədə "Sherg.az"ın əməkdaşına Polşadan olan jurnalist Piotr Burda məlumat verib. O əməkdaşımızla söhbətində bildirib ki, hər gecə Ukrynadan gələn qaçqın və məcburi köçkünlər üçün yardımlar edirlər ki, onlar arasında özbək və azərbaycanlılar da var. Jurnalist diqqətə çatdırıb:
"1 yaşdan aşağı uşaqlar üçün 1, böyük uşaqlar üçün isə 2 qutu hazırlanmış süd verilir. Meyvə şirələri və püresi, birdəfəlik uşaq bezləri, şəkər tozu, sürtmə kremləri və yaş dəsmallar paylanılır. Böyüklər isə pendir və mürəbbəli sendviçlərlə təmin olunurlar".