Güclü külək səbəbindən Bakı-Qazax yolunda hərəkət çətinləşib - YENİLƏNİB + FOTO/VİDEO

Bakı-Qazax yolunda güclü küləklə əlaqədar baş verən yol qəzalarının görüntüləri yayıldı.
Oxu.Az həmin fotoları təqdim edir:
12:00
Güclü külək Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.
Oxu.Az-ın məlumatına görə, külək ətrafdakı tozu sovuraraq sürücülərə çətinliklər yaradıb.
Bu səbəbdən avtomobil yolunun Bakıya gələn hissəsində üç yol-nəqliyyat hadisəsi olub.
Ölən və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik: