"Fənərbağça" Kristian Medinanın transferi ilə bağlı kritik mərhələyə çatıb.
Offsideplus.az xəbər verir ki, Argentina klubu olan "Boxa Xuniors" 10+5 milyon dollar və gələcək satışdan 20% pay təklifini qəbul etsə də, futbolçunu yanvar ayına qədər saxlamaq istəyir.
Bu vəziyyət 22 yaşlı Medinanın narahatlığına səbəb olub. Çünki o, Avropada oynamağı arzulayır. Futbolçu bu məsələni müzakirə etmək üçün klubun prezidenti Roman Rikelme ilə görüş tələb edib.
Hərçənd, Medinanın "Fənərbağça"da oynamaq istədiyi məlum olsa da, "Boxa Xuniors" transferi yalnız futbolçunun müqaviləsindəki 20 milyon dollarlıq sərbəst qalma məbləğinin ödənilməsi halında icazə verəcəyini bildirib.