Putin: “İstanbulda razılaşdırılmış sənədlər əsasında biz Ukrayna ilə danışıqlara hazırıq"


Rusiya prezidenti Vladimir Putin iştirak etdiyi Şərq İqtisadi Forumunda açıqlama verib. Rusiya lideri, Avropa Birliyinin Rusiya qazını istəmədiyini və Türkiyəyə qaz ixracının artırıla biləcəyini ifadə edib. ərək, Rusiyanın Ukrayna ilə sülh danışıqlarına qayıtmağa hazır olduğunu ifadə edib:
 “İstanbulda razılaşdırılmış sənədlər əsasında biz bu mövzuda görüşməyə hazırıq".

Rusiya lideri bəyan edib ki, Aİ Rusiya qazını istəmir və Rusiya Ukrayna ilə bağlı olmayan digər regionlara və digər marşrutlara tədarükünü artıracaq.

Putin çıxışında Türkiyəyə qaz ixracının artırıla biləcəyini vurğulayıb.

Putin Kiyevin Kursk bölgəsinə hücumu davam etdiyi üçün əvvəllər danışıqlar ideyasını rədd edən Ukrayna ilə görüşməyə hazır olduğunu bildirib.

İstanbulda müzakirə edilən razılaşma ilə bağlı Putin, “ABŞ və bəzi Avropa dövlətləri Rusiyanı strateji cəhətdən  məğlubiyyətə uğratmaq üçün bu müqavilə qüvvəyə minmədi və Ukraynaya əmr verildi” deyə bildirib.