Rusiya paytaxtında “Buça-Moskva” aksiyası keçirilib  - FOTO

Rusiya paytaxtında “Buça-Moskva” aksiyası keçirilib.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Performans zamanı fəal Moskvanın mərkəzində müxtəlif yerlərdə əlləri arxasında bağlı şəkildə yerdə uzanıb. 
Aksiya Aleksandr bağında, “Xilaskar Məsih” kilsəsinin yaxınlığındakı Patriarx körpüsündə, Nikolskaya küçəsində və Köhnə Arbatda baş tutub.

Xatırladaq ki, Ukraynanın Buça şəhəri Rusiya ordusunun nəzarətindən çıxandan sonra bir neçə mülki şəxs küçələrdə, evlərdə, zirzəmilərdə və quyularda bu vəziyyətdə ölmüş halda tapılmışdı.