Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, parlamentin növbəti toplantısı mayın 13-də baş tutacaq.

İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin III oxunuşda müzakirəyə çıxarılması, habelə digər dəyişikliklər layihələrinin müzakirəsi gözlənilir.