Sensasiya! - ABŞ səfiri açıq mesaj verdi: “Rusiyanın növbəti hədəfi Azərbaycandır” – Təhlükə! 

“Ağ Ev Azərbaycan dövlətini perspektiv təhlükələrdən xəbərdarlıq edir. Azərbaycanda Qazaxıstan ssenarisinin işə salına biləcəyini bildirir. Buna qarşı ayıq və sayıq olmağa çağırırdı. Əslində, stabilliyin pozulmasına şərait yaratmağa çağırış idi bu”

“Rusiyanın Azərbaycanı işğal planları artıq çox ciddidir və gündəmdədir. Amerika açıq şəkildə Rusiyanın Azərbaycanı işğal planına deyinir”

“Əgər ABŞ da Azərbaycan dövlətinə açıq hərbi dəstək verəcəyini bildirirsə, deməli, qorxması lazım olan biz deyilik. Azərbaycan Ukrayna deyil. Biz düşmənə əsl cəhənnəm yaşadarıq”



“Daha əvvəl də, bir neçə dəfə bildirmişdik ki, Rusiyanın növbəti hədəfi Azərbaycan olacaq. Tacikistandakı vəliəhd əməliyyatı ilə mərkəzi Asiya artıq tam nəzarətdədir. Putin Sovet İttifaqını bərpa etmək üçün Orta Asiyada heç bir maneəyə rast gəlmir”.
Bu barədə “Sherg.az”a siyasi şərhçi Turab Rzayev bildirib. Analitik qeyd edib ki, Şərqi Avropa ərazisində isə, Belarus artıq ram edilib. Ukrayna işğal olunur. Moldovanın taleyi isə Ukrayna müharibəsinin gedişatından asılıdır. Qorxuya düşən Sandu hökuməti hər ehtimal keçmiş prezident Rusiya meylli İqor Dodonu həbs edib:

“Qalır bizim başı bəlalı Qafqaz. Burda iki ölkədən hər hansı birini işğal etmək, digərini də çətin vəziyyətə salır. Gürcüstan Azərbaycanın dünyaya açılan qapısıdır, Gürcüstan işğal olunarsa, Azərbaycan yarı asılı hala düşəcək. Eyni şəkildə, Gürcüstan Azərbaycanın iqtisadi əlavəsi olduğu üçün, Azərbaycan işğal edilərsə, Gürcüstan da suverenliyini itirmiş olacaq.
Ancaq Gürcüstandakı NATO qüvvələrini və Qara Dənizdən Gürcüstana açıq dəstəyi nəzərə alsaq, növbəti işğal hədəfi rəsmi Bakıdır.

Azərbaycanın işğalı qarşısında bir maneə çoxdan vardır. Türkiyə - canımız, qanımız, öz dövlətimiz, eyni zamanda “Şuşa Bəyannaməsi” ilə rəsmi olaraq strateji və hərbi müttəfiqimiz. Ancaq Nüvə silahı və ballistik raketlərlə dünyanı təhdid edən rus ayısının qarşısını kəsmək üçün bu yetərlidirmi?

Xatırlayırsınızsa, müxalif  kəsim ABŞ prezidenti Co Baydenin ölkədəki siyasi və ictimai azadlıq ilə bağlı məktubdakı cümləsini müxalifətə dəstək və Azərbaycan siyasi hakimiyyətinə təzyiq kimi dəyərləndirmişdi. Biz isə, israrla, bu cümlələrin əslində hakimiyyətə xəbərdarlıq mesajı daşıdığını demişdik. Ağ Ev Azərbaycan dövlətini perspektiv təhlükələrdən xəbərdarlıq edir. Azərbaycanda Qazaxıstan ssenarisinin işə salına biləcəyini bildirir. Buna qarşı ayıq və sayıq olmağa çağırırdı. Əslində, stabilliyin pozulmasına şərait yaratmağa çağırış idi bu.

Ekspert diqqətə çatdırıb ki, bugün həmin məktubun final nöqtəsi qoyuldu:

“ABŞ-ın Azərbaycandakı səfiri açıq şəkildə 2 mesaj verdi:- Birincisi, Azərbaycanda milyardlarla dollar sərmayə yatırılıb, sabitliyin pozulmasında maraqlı deyilik. İkincisi Azərbaycana hərbi müdaxilə edilərsə, Azərbaycanı müdafiə edəcəyik.

Son cümlə kifayət qədər açıq, ciddi və təhlükənin nə qədər yaxında olduğunu ifadə edən mesajdır. Yəni, Rusiyanın Azərbaycanı işğal planları artıq çox ciddidir və gündəmdədir. Amerika açıq şəkildə Rusiyanın Azərbaycanı işğal planına deyinir.
Bundan başqa, Amerika Birləşmiş Ştatları Azərbaycanı tək qoymayacaq, Azərbaycana Ukraynaya verdiyi bütün dəstəyi, silah, maliyyə, kəşfiyyat, muzdlu əsgər, texnika və texnologiya dəstəyini əsirgəməyəcəkdir.

Bu isə yetər. Azərbaycan arxasında və yanında dayanmış qardaşı Türkiyənin hərbi və siyasi dəstəyini həmişə hiss edir. Əgər ABŞ da Azərbaycan dövlətinə açıq hərbi dəstək verəcəyini bildirirsə, deməli, qorxması lazım olan biz deyilik. Azərbaycan Ukrayna deyil. Biz düşmənə əsl cəhənnəm yaşadarıq.  Yaşasın Azərbaycan Dövləti!Yaşasın Türkiyə! Yaşasın dostlarımız!”.