200 minlik qalmaqal: Müğənninin qohumu psixoloqu aldadıb?
12:31 29.08.2019
Gündəm
594
Tanınmış psixoloq Gülnar Orucova müğənni Gülay Zeynallının xalası qızı Aynurə Quliyeva tərəfindən aldadılıb. Bu barədə Kult.az-a psixoloq Gülnar Orucova deyib. O bildirib ki, “Nuray Turizm” və “Nuray İnşaat” şirkətinin rəhbəri Aynurə Quliyeva Antalyaya səyahət paketi üçün ondan və rəfiqəsindən pul alsa da, nə səyahəti təşkil edib, nə də pulu qaytarıb:
“İyulun 22-si saat 15.00 radələrində Biləcəridə məndən 1360 manat pul aldı. Aynurə Quliyeva ilə əvvəllər də yaxın münasibətimiz olduğu üçün tur paketinin ödənişi üçün hansısa bir sənəd imzalamadıq. Lakin Votsapda bununla bağlı danışıqlarımız var. Rəfiqəm də mənimlə birgə getmək istədiyi üçün o da A.Quliyevanın balansına 1360 manat pul köçürüb. O, pulları bizdən alsa da, Antalyaya səfərimiz üçün bilet və otelə lazım olan ödənişi etmədi. Hər gün müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışırdı və bizi arxayın salırdı ki, pulun qaytarılması üçün Gülay Zeynallı ona yardım edəcək. Dəfələrlə Aynurə Quliyevaya müraciət etsəm də, avqustun 9-da rəfiqəmlə birgə ona verdiyim 2720 manat puldan cəmi 300 manat mənə, 100 manat da rəfiqəmə qaytarıb, pulun qalan hissəsini isə qaytarmır”.
Gülnar Orucova onu da bildirib ki, Aynurə Quliyeva sahibi olduğu 2 şirkətin adından istifadə edərək, bir neçə nəfəri aldadıb və onlardan ümumilikdə 200 min manata yaxın pul alıb:
“Biz araşdırdıqdan sonra məlum oldu ki, bu xanım digər şəxsləri də aldadıb və 200 minə yaxın borcu var. Aldatdığı şəxslər də onu polis bölməsinə şikayət ediblər. Bizə olan borcunun qaytarılması üçün Binəqədi rayonu Biləcəri qəsəbəsindəki 6-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etsək də, hələ ki, bir xəbər yoxdur və Aynurə Quliyeva azadlıqdadır”.
Saytımıza açıqlama verən “Nuray Turizm” şirkətinin rəhbəri Aynurə Quliyeva isə vurğulayıb ki, şirkətdə yaranan bəzi problemlər səbəbindən sözügedən şəxslərin səyahəti və ya pulunun geri qaytarılması təmin edilməyib:
“Şirkətimizdə bəzi böyük problemlər yaranıb. Mən sentyabrın 25-nə kimi vaxt istəmişəm, o vaxta qədər Gülnar Orucova və rəfiqəsinin pulu qaytarılacaq. Mənim 200 minə yaxın borcumun olmasının heç kimə aidiyyəti yoxdur. Rəqəmlər şişirdilib və borcum işimlə əlaqədardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm