Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə arasındakı üçtərəfli görüşün əhəmiyyətindən danışıb 

Ölkələrimiz arasında həm ikitərəfli həm də çox tərəfli əməkdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan,Qazaxıstan,Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, ilk dəfə olaraq üç tərəfli görüş keçirilməsi, müzakirələr konteksində nəqliyyat və kommunikasiya sahəsində müzakirələr aparılması əhəmiyyətli rola sahibdir.

“Bu coğrafiyada nəqliyyat, kommunikasiya sahəsinə nəzər saldıq və mövcud potensialın genişləndirilməsi ilə bağlı xeyli imkanlar mövcuddur”,-deyə nazir əlavə edib.