Tokayev avqustda Azərbaycana gələcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı deyib.

XİN rəhbəri qeyd edib ki, səfər avqust ayında baş tutacaq.