Ceyhun Bayramov sabah İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah İrana səfər edəcək.

APA xəbər verir ki, səfər İran tərəfinin dəvəti ilə baş tutacaq.
C.Bayramov səfər çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və digər rəsmi şəxslərlə görüçəcək.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, regionda və dünyada baş verən proseslər müzakirə olunacaq.