Sergey Lavrov: “Mən heç kimi şəkil çəkdirməyə dəvət etməmişəm"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin G-20 ölkələrinin XİN başçılarıın İndoneziyada keçirilən iclasında Rusiya nümayəndəsi ilə birlikdə foto çəkdirməməsinə münasibət bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, S.Lavrov jurnalistlərə açıqlamasında heç kimi foto çəkdirməyə dəvət etmədiyini deyib.

“Mən heç kimi şəkil çəkdirməyə dəvət etməmişəm. Mən heç kimi heç yerə dəvət etməmişəm. Məni İndoneziyaya dəvət ediblər”, - o söyləyib.