İstanbulda tək taxıl məsələsi müzakirə edilməyib - Şərh


"Türkiyənin böyük dəstəyi, bacarığı nəticəsində İstanbulda imzalanan “taxıl anlaşması” qardaş ölkənin dünyada oynadığı rolun dəyərini və önəmini bir daha göstərdi". 

"Sherg.az" xəbər verir ki, bunu siyasi şərhçi, iqtisadçı Natiq Cəfərli deyib. 

Ekspert bildirib ki, Rusiya tərəfdən görüşlərə işğalçı dövlətin müdafiə nazirinin qatılması həm də ondan xəbər verir ki, İstanbulda tək taxıl məsələsi müzakirə edilməyib: 

"Çox güman, Türkiyədə hələ ictimayyətə açıqlanmayan yeni danışıqlar masası qurulur. Müharibənin dayandırılması üçün müzakirələr başlaya bilər. 
Azərbaycanın əsl, təbii, imzalı-möhürlü müttəfiqi qardaş Türkiyənin bölgədə, dünyada oynadığı rolun artması, nüfuzunun yüksəlməsi məmləkətimiz üçün çox önəmli məsələdir. İndiki qarışıq dünyada Azərbaycan-Türkiyə əlaqələri yeni, daha streteji və daha sıx ittifaqa doğru inkişaf etməsi üçün zərurətdən doğan məqam yetişə bilər. Bunu həmişə diqqətdə saxlamalıyıq. Türkiyənin dünya siyasətinin mərkəzlərindən biri olması qürurvericidir".