Ərdoğan Soçidə səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.

Dövlət başçısının təyyarəsi Soçi hava limanına enib.

Bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 16:00-da Türkiyə lideri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.
Mənbə: TASS