Tovuzda həlak olan əsgərimizlə vida mərasimi keçirilib - FOTO


Avqustun 5-i Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, vida mərasimindən sonra 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılacaq. 

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.