Ordumuzun bölmələri Ermənistan dövlət sərhədində atəş açmayıb

MN: Hərbi qulluqçumuzun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Sherg.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.