Daha bir erməni  Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdi - VİDEO

Ermənistan vətəndaşı Vaqe Qambaryan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, o, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu ifadə edib.

Qambaryan, həmçinin Xankəndidə yaşamaq niyyətini də dilə gətirib.

O, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə erməni fəal, bloger İşxan Verdyan da Azərbaycan Prezidenti İlham Əliyevə eyniməzmunlu müraciət 
 ünvanlamışdı.