Ceyhun Bayramov Türkiyə mətbuatına müsahibə verib - FOTO

Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media agentliklərinə müsahibə verib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov “TRT World”, habelə “Hürriyyət”, “Anadolu Ajansı”, “Haber Global” və “Daily Sabah” müxbirlərinin 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülh və əmin-amanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistanın Üçtərəfli Bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi, Türkiyə-Ermənistan normallaşma prosesi, Zəngəzur dəhlisi üzrə işlər, Şuşa bəyannaməsindən irəli gələn tədbirlər, habelə Londondakı səfirliyimizə radikal dini qruplaşmaların hücumu barədə sualları cavablandırıb.

Nazir media nümayəndələrinə Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsi və çoxsaylı əməkdaşlıq istiqamətləri, bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, habelə mina təhlükəsi barədə məlumat verib, digər qarşılıqlı maraq doğuran sahələrdə müzakirə aparılıb.