KİV: Putin və Ərdoğan bu həftə telefonla danışacaqlar

Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar gözlənilir.

APA xəbər verir ki, bu barədə RİA Novosti diplomatik mənbəyə istinadən yazıb.

"Bəli, bu həftə belə danışıqlar gözlənilir. Prezident Putin daha əvvəl müzakirə olunacaq mövzuları açıqlayıb - Zaporijye AES-də vəziyyət və ümumilikdə Ukrayna böhranının nizamlanması müzakirə olunacaq. Türkiyə hər iki tərəfin etimadını qazanan yeganə ölkə olaraq bu münaqişədə öz dürüst vasitəçi rolunu oynamağa davam edir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, o, Putinlə Lvovda Ukrayna Prezidenti Zelenski və BMT-nin Baş katibi Antoniu Quterreşlə danışıqlarının nəticələrini müzakirə etmək, həmçinin Rusiya Prezidentindən Zaporojye AES-də yaranmış vəziyyətin həlli üçün konkret tədbirlər görməsini xahiş etmək niyyətindədir.