Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, nazir səfər çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşəcək.
Rəşad Nəbiyev Tbilisiyə səfəri çərçivəsində Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.