Türkiyə Prezidenti: “Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb”

“Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, partlayışın necə baş verdiyi aydınlaşacaq:
“İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq".
Ərdoğan axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.