Bərzani Bakıya dəvət olundu

Azərbaycan İraqdakı səfiri Nəsir Məmmədov İraq Kürdüstanı regionunun Baş naziri Məsrur Bərzanini COP29-a dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti bildirib.

“9 sentyabr 2024-cü il, bazar ertəsi Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani Azərbaycan Respublikasının İraqdakı səfiri Nəsir Məmmədov ilə görüşüb. Görüş zamanı səfir Məmmədov Baş nazir Bərzaniyə 2024-cü ilin sonunda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün rəsmi dəvət göndərib”, – məlumatda qeyd olunub.