Yaşar Gülər də Gürcüstana səfər etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Gürcüstana səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Y.Gülərin Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli müdafiə nazirləri toplantısında iştirakı gözlənilir.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov da Batumiyə səfər edib.