İstanbulda yaşayış binasında baş verən yanğın söndürülüb (VİDEO) - Yenilənib

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda 24 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Trend bazar günü Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır.

XXX

23:06

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü yanğın başlayıb.

Bu barədə Trend şənbə günü Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb edilib. Binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğının söndürürməsi istiqamətində işlər davam etdirilir.