Təbriz Traktorquraşdırma Zavodunun fəhlələri tətil keçirir

İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində Traktorquraşdırma Zavodunun fəhlələri əməkhaqqının artırılması, iş yerlərinin bölgüsü, məhsuldarlığın artırılması, Əmək Şurasının yaradılması tələbi ilə yenidən tətilə başlayıblar.
“Report” xəbər verir ki, məlumatı GünAzTV yayıb.
Qeyd edək ki, ötən il “Təbriz Motorsazan Traktor” İstehsalat Şirkətinin işçiləri 9 gün tətil etmişdi. Onda fəhlələr işəgötürənin vədləri əsasında işə qayıtmışdılar. Bir il ərzində zavod rəhbərliyi heç bir vədinə əməl etməyib. Bu səbəbdən də onlar yenidən tətilə başlayıblar.
Xatırladaq ki, 2021-ci ilin noyabr ayında baş verən tətil aksiyasından sonra zavod rəhbərliyində dəyişikliyin olacağı, işçilərin tələblərinin nəzərə alınacağı ilə bağlı verilən verilən vədlər yerinə yetirilməyib.