İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib - FOTO

İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.  
Ermənistan parlamentinin deputatı Anna Qriqoryan müzakirələr zamanı təlimlər keçirmək barədə təkliflərin irəli sürüldüyünü bildirib. 
Onun sözlərinə görə, rəsmi İrəvan bu təklifi cavabsız qoyub. “İranla son iki il ərzində bir dənə də olsun hərbi təlim keçirilməyib”, - deyə Qriqoryan vurğulayıb.
Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb.
“Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər”, - deyə o, narazılığını ifadə edib.