Özbəkistanda MDB Parlamentlərarası Assambleyasının sessiyası işə başlayıb

Özbəkistanın Səmərqənd şəhərində MDB Parlamentlərarası Assambleyasının payız sessiyası işə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

İclasda MDB Parlamentlərarası Assambleyasına üzv dövlətlərin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, alimlər və ekspertlər iştirak edirlər.

Sessiya Assambleyanın daimi komissiyalarının, o cümlədən mədəniyyət, informasiya, aqrar siyasət, ekologiya, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyalarının iclasları ilə başlayacaq.

Paralel olaraq, MDB ölkələrinin gənc parlament üzvlərini bir araya gətirəcək Gənclər Parlamentlərarası Assambleyası keçiriləcək.