Xudayarın cənnətdəki üçüncü doğum günü: Xatirəsi anıldı

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin Bərdə Şəhidlər Xiyabanında izdihamlı ziyarət mərasimi olub.

"Sherg.az" xəbər verir ki, ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları,  Şəhid ailələri, Qaziləri, hərbçilər, din xadimləri, Bərdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri və başqa şəxslər iştirak ediblər.

 Xudayar Yusifzadə yaşasaydı 25 yaşı tamam olacaqdı.

Cismən bu dünyanı tərk edib, səsi isə hələ də qulaqlardadır...

Allah bütün şəhidlərə rəhmət etsin!

Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Döyüşlərdəki şücaəti ilə seçilən Xudayar həm də gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapıb.