Riyaziyyatçıların qorxulu müharibə tarixi! Bir-bir hesablandı


Son dünya müharibəsindən sonra  kiçik miqyaslı savaşlar  olsa da, onların heç biri İkinci Dünya Müharibəsi qədər fəlakətə çevrilməmişdir. Ancaq bəzi riyaziyyatçıların fikrincə, bu vəziyyət gələcəkdə bir gün statistik olaraq pisləşə bilər! 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bəşəriyyət tarix boyu öz əlləri ilə başladığı müharibələrdə dəfələrlə böyük dağıntılara, fəlakətlərə, qan və gözyaşlarına şahid olub. Şübhəsiz ki, bu münaqişələrin başında hər 20 ildən bir baş verən və milyonlarla insanın ölümünə səbəb olan Birinci və İkinci Dünya müharibələri dayanır. Sonuncu dünya müharibəsindən 80 il keçməsinə baxmayaraq, mümkün Üçüncü Dünya Müharibəsi ssenariləri tez-tez müzakirə mövzusudur. Bir çox insanlar 80 illik müddətdə bəşəriyyətin daha çox dağıdıcı hala gəldiyindən və buna görə də yeni dünya müharibəsi baş verərsə, yox olmaq təhlükəsi ilə üzləşəcəyindən narahatdırlar. 

Bu gün bu narahatlıqları doğuran əsas hadisələr Çin və Tayvan arasındakı gərginlik, davam edən Rusiya-Ukrayna müharibəsi, Suriyadakı vəziyyət və ya Şimali Koreyanın raket sınaqlarıdır. Bəs, riyaziyyatçılara görə III Dünya Müharibəsi bizə nə qədər uzaq, nə qədər yaxındır?

Mümkün Üçüncü Dünya Müharibəsi  proqnozlarını statistik modellərin tətbiqi üzərində quran riyaziyyatçılar bu modellərlə keçmiş hadisələri və geosiyasi amilləri təhlil edirlər. Riyaziyyatçılar gələcək qarşıdurma ehtimalını və onu nəyin tətikləyəcəyini belə öncədən görməyə çan atırlar.

Alimlər riyazi hesablamalarda müxtəlif mürəkkəb hadisələri, o cümlədən siyasi gərginlikləri, iqtisadi amilləri, texnoloji inkişafları, regional münaqişələri və ideoloji münaqişələri nəzərə alaraq,  qlobal münaqişəni proqnozlaşdırmağa çalışırlar.

Bu vəziyyətin kifayət qədər çətin olduğunu bildirən tədqiqatçılar, insan davranışının mürəkkəbliyi, gözlənilməz hadisələrin təsiri və diplomatik həll potensialı kimi amillərin dəqiq proqnoz verməyi çətinləşdirdiyini bildirirlər.

ABŞ-ın Kolorado Universitetindən Dr. Aaron Clauset 1823-2003-cü illər arasında silahlı münaqişələrin tezliyini təhlil edərək, İkinci Dünya Müharibəsi kimi irimiqyaslı münaqişələrin orta hesabla hər 205 ildən bir baş verdiyini ehtimal  edib.

İkinci Dünya Müharibəsindən sonrakı 80 illik dövrü nəzərə alan tədqiqatçılar qrafiklərə əsaslanaraq belə bir böyük dağıntının yenidən baş verməsi üçün hələ 100-150 il vaxt lazım olduğu qənaətinə gəliblər.

Ancaq araşdırmaya qatılan statistiklər, qrafiklərin təkbaşına şərh edilməsinin doğru olmadığına diqqət çəkərək, gözlənilməz ani inkişafın proqnozlardan daha qısa müddətdə böyük bir müharibəyə səbəb ola biləcəyini vurğulayıblar. 

1913-1945-ci illər arasında Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi də daxil olmaqla, hər 2,7 ildən bir qeydə alınmış tarixin ən ağır və ən çox insan itkisi ilə nəticələnən hadisənin baş verdiyini ifadə edın professor Aaron Clauset, "1945-2003-cü illər arasında hər 12,8 ildən bir müharibə olub. 1823-cü ildən bu yana bütün müharibələrin təhlili göstərir ki, müharibələr arasındakı müddət uzandıqca savaşlar da qısalır" deyə bildirir.


 
Clauset sözlərinə əlavə edərək qeyd edir ki, araşdırmalara görə, İkinci Dünya Müharibəsi qədər böyük bir müharibə başlamazdan əvvəl 205 illik bir boşluq olmalıdır: 
"Bunun yeni bir dinc dövr, yoxsa sadəcə bir müharibə olduğunu anlamaq üçün 100-150 il gözləmək lazımdır.
Gələcəkdə böyük müharibə riski hazırda güman ediləndən daha yüksək ola bilər. Buna görə də gələcəkdə sülhü təşviq etməyə və münaqişələri yumşaltmağa davam etməyimiz çox vacibdir".