Putinin ssenarisidir: "Araikin istefasından sonra növbə Nikol Paşinyanındır" 

Görünən odur ki,   Rusiya Ermənistanın əli ilə bizi təxribata çəkir

"Azərbaycan "dəmir yumruğunu" Qazaxda Ermənistanın başına vurmalıdır. Əgər 3 kəndimizi azad etsək kimsə bizə heçnə deyə bilməyəcək"

Separatçıların rəhbəri Arayik Arutyunyan bu gün  istefasını “Artsax xalqına və Milli Məclisinə təqdim edəcəyini” açıqlayıb. Onu müvəqqəti olaraq Təhlükəsizlik Şurasının başçısı Samvel Şahmaranyan əvəz edəcək.
 Araik Arutyunyanın  istefa verməsi və Samvel Şahramanyanı "dövlət naziri" təyin etməsi ümumi vəziyyəti daha da gərginləşdirəcək amil sayıla bilər.

Məsələyə münasibət bildirən siyasi elmlər doktoru Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında bildirib ki, Arayik Arutyunyanı istefaya məcburi göndərdilər: 

"Çünki Arutyunyan Moskvanın Roben Vardanyan ilə göndərdiyi ssenarini icra edə bilmədi. A.Artunyunyan, Samvel Babayan və Vitali Balasanyan Azərbaycan ilə yaxınlaşmaq məsələsini ortaya qoymuşdular. Çünki Arayik Yevlaxda görüşməli idi. Daha sonra Bərdə məsələsi gündəmə gəldi. Bütün bunların fonunda Rusiyanın planları pozulurdu deyə Arayik Arutyunyanı istefaya göndərdilər.  Hətta 5-ci generalı da çıxartdılar. İndi oraya general-mayor Krill Kulakov gəlir. General-polkovnik Aleksandr Lentsov da Rusiyanın dediyini etmədiyinə görə oradan uzaqlaşdırdılar. Bu gün sərhəddəki proseslərin arxasında Rusiyanın maraqları durur. Çünki Azərbaycan Ermənistan arasında sülh olan kimi Qarabağ ərazisindən Rusiya çıxmalı olacaq. Onlar da bunu istəmirlər. Buna görə də bütün variantları sınaqdan keçirirlər. İndi gələcək olan Samvel Şahamanyan 8 il Ukraynada hərbidə olub. Kifayət qədər  də separatizm ilə məşğul olan biridir. Yəni, Daşnaksütunun tapşırıqlarını yerinə yetirən adamdır. Amma Arayik Arutyunyan bilavasitə cəmiyyətdən gəlmişdi. Bu istefanın əsas məqsədi Arayikdən sonra növbəni Nikol Paşinyana gətirməkdi. Bunlar işləri pozaraq yenidən Azərbaycan Ermənistan arasında sülh sazişini uzatmaq istəyirlər".

C. Nuriyev onu da qeyd edib ki, Qazaxın 6 kəndi hələ də Ermənistanın işğalı altındadır:

"Onun 3-ü Azərbaycan sərhəddinə bitişikdir. Bizim ordumuz ora girsə, Ermənistan ərazisinin işğal olunması ilə bağlı iddia qaldırıla bilməz.  Azərbaycan "dəmir yumruğunu" Qazaxda Ermənistanın başına vurmalıdır. Əgər 3 kəndimizi azad etsək kimsə bizə heçnə deyə bilməyəcək.
Azərbaycanı Zodda deyil burada bu addımı atmalıdır. Çünkü Azərbaycanı orada gözləmirlər. Zodda Azərbaycan ordusu Vardanyana qızıl çıxartmağa imkan vermədi. Ağdərə ərazisindəki  Dəmirbulaqda  daha sonra Dəmirçilər və  Qızılbulaqda da buna icazə  vermədilər.
Qızıl çıxaran şirkətlərdən birinin sahibi Putinin sağ əlidir. 
Burada bir-birinə bağlı məsələlər var. Ermənilər işğal zamanı oradan təxminən 500-dən çox unsiya qızıl çıxarırdılar. Bu isə, ayda minimal qızıl və miss ilə bir yerdə Rusiyanın 100 milyondan çox gəliri idi. İndi onlar bunu itiriblər. Buna görə də birmənalı olaraq işin arxasında Vladimir Putin dayanır. Görünən odur ki,   Rusiya Ermənistanın əli ilə bizi təxribata çəkir. Azərbaycan isə, çox ağıllı siyasət yürüdür. Bundan sonra da davam etdirəcək. Azərbaycan ordusunun, dövlətinin də səbri tükənəndir. Müəyyən bir limitimiz var. Sabah əldəqayırma qurum özünün müstəqilliyinin 32-ci ilini qeyd edəcək. Çünki, onlar 1991-ci ildə bunu elan edəndə mən Xankəndində olmuşam. Onların kim olduğunu yaxşı bilirəm. Bunlar camaatı o qədər zəhərləyib ki, bizə qarşı nifrət həddən artıq böyükdür. Onlar bizə qarşı belə olduğu halda biz niyə onlara hümanist davranmalıyıq. Buna görə də Azərbaycan müəyyən addımları atmalıdır".