Ayrıldılar, amma bir-birilərinə dəyər verdilər

“Mən ancaq o zaman rahat çalışa bilərəm, nə zaman ki qızım atasıyla birlikdədir”

Gigi Hadid qızı və həyat yoldaşından danışdı

  Məşhur model Cici Hadid həyat yoldaşından ayrılsa da, qızlarını birgə böyütdüklərini anladıb. 
“Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, hazırda 28 yaşı olan modelin ingilis ifaçı Zayn Maliklə evliliyi 2021-ci ildə sonlanıb. Xəbərlərə görə, onların ayrılığı səs-küylü olub. Zayn Malikin Cici Hadidin anasıyla kobud davrandığı, həyat yoldaşını da ağır sözlərlə təhqir etdiyi deyilirdi. Cütlüyün Khai adlı qız övladları var. Model “Porter” dərgisinə müsahibəsində qızı ilə atası arasındakı əlaqəni necə qoruyub saxlaya bildiyini açıqlayıb. C.Hadid “valideynsinizsə, daha məntiqli qərarlar verməlisiniz. Çünki indi əvvəllər sahib olduğum zamanın yalnız yarısına sahiblənə bilirəm. Mən ancaq o zaman rahat çalışa bilərəm, nə zaman ki qızım atasıyla birlikdədir. Ona görə də vaxtımı, işimi bu zaman çərçivəsində planlaşdırıram. Təxminləri düzgün hesablamalıyam”, söyləyən C.Hadid qızının atasıyla birlikdə xoşbəxt olduğunu da deyib. Eyni zamanda Zayn Malik də eyni dərgiyə açıqlamasında qızına örnək olmağa çalışdığını söyləyib: “Ailə içində olanlar ailə daxilində də qalmalıdır. Mən söhbətin böyüməsini, qızımla bağlı daha artıq neqativ durumlar yaranmasını istəmədim. Qızım dünyaya gəldiyindən bəri, ağlımda olan budur; ona yaxşı nümunə olmağa çalışmaq”.