"Azərbaycan Qızıl Aypara Cəmiyyəti 29 avqustda 40 ton un məmulatları ilə dolu iki yük maşınını Ağdam-Xankəndi istiqamətinə göndərib. Onlar orada artıq 11 gündür ki, gözləyirlər. Mən iki gün həmin ərazidə olmuşam".
Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq Orxan Amaşov bildirib.
O qeyd edib ki, 30 avqust axşamı Rusiya sülhməramlıların maşınlarının oraya yaxınlaşacağı ilə bağlı gözləntilər var idi:
"Bundan sonra bizim apardığımız 40 ton un məmulatları onların maşınlarına boşaldılacaqdı. Amma baş tutmadı, çünki ermənilər bunu qəbul etmək istəmirlər. Bu onu göstərir ki, onların məqsədi humanitar xarakter daşımır və siyasi mübarizə məsələsidir. Çünki separatçı rejimin yuxarı hissəsində dəyişiklik olub. İşğanyan daşnaksütunun Partiyasının üzvü qondarma parlamentinin spikeridir. Bako Saakyan və Arkadi Dumikyan ilə yaxınlığı olan Şahmaranyan isə qondarma dövlət naziridir. Onlar istəyir ki, onu separatçı rejimin birinci şəxsi etsinlər.
Həmin adamlar orada olduğu müddət ərzində Qarabağ ermənilərinin nümayəndələri ilə Bakı arasında məsələlərin həlli mümkün deyil".
Ekspert onu da vurğulayıb ki, bu gün isə Samvel Babayan orada mitinq keçirmək istəyir:
"İçlərində ən normal danışan praqmatik şəxs odur. Amma onun da reputasiyasında böyük problemlər var. Həm azərbaycanlılara qarşı kəskin addımları olub. Digər tərəfdən Qarabağ erməniləri arasında qeyri-müəyyən və keçmişi böyük suallar ilə dolu olan bir şəxsdir. Separatçı rejimin daxilində Samvel Babayan nəyisə dəyişmək iqtidarında deyil. Hazırda Qarabağda vəziyyət çox pisdir və sosial vahidlik pozulub. Əhali isə separatçı rejimdən artıq narazıdır. Onlar daxildən dağıla bilərlər. Amma Azərbaycanın bunu gözləyən deyil. Çünki proses uzun çəkə bilər. Burada taxıl yığımı ilə bağlı da problemlər olub. Qışa doğru vəziyyət daha da pisləşəcək. Bu halda isə lazımdır ki, yüklər Ağdam-Xankəndi yolu ilə getsin. İlk yük gedəndə isə onların təslim olmasının birinci mərhələsi olacaq. Amma hələ təslim olmaq istəmirlər. Vəziyyət kritikləşdiyinə görə yükləri qəbul etməyə məcbur edilə bilərlər. Şərti sərhəddə və rus sülhməramlılarının yerləşdiyi müvəqqəti ərazilərdə gərginlik artıb. Müəyyən gərginlik fazasından sonra orada vəziyyət dəyişə bilər. Bu isə hərbi addımlar ilə bağlıdır".