İsrail, HƏMAS-ın 7 oktyabr hücumlarından sonra başlatdığı əməliyyatı davam etdirməkdə qərarlı olduğunu bildirir. Bununla belə, bəzi analitiklər düşünürlər ki, bu hücumlar və onların nəticələri artıq kreslosu risk altında olan baş nazir Benyamin Netanyahunun siyasi karyerasına baha başa gələcək.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İsraildə bütün gözlər baş nazir Benyamin Netanyahuya yönəlib. 74 yaşlı İsrail liderinin səsvermədə dəstəyi həmişəkindən daha aşağıdır. Bundan əlavə, ona qarşı açılan korrupsiya işləri davam edir.
Hökumətin təhlükəsizlik zəifliyi ölkənin tarixinin ən böyük və ən qanlı qırğınlarından birinə səhnə olmasına səbəb olub.
Netanyahunun siyasi karyerası bitəcək, yoxsa bütün neqativlərə rəğmən özünü xilas edə biləcəkmi?
Politoloqlar bildirirlər ki, oktyabrın 7-dən sonra İsrail Baş Qərargah rəisi Herzi Halevi və Daxili Kəşfiyyat Xidmətinin rəhbəri Şinbetin rəhbəri Ronen Bar hücumlara görə məsuliyyəti öz üzərinə götürüb, lakin baş nazir Netanyahu hücumlara görə heç bir məsuliyyət daşımayıb.
O, hücumların araşdırılması tələblərinə “Bütün enerjimizi HƏMAS-ı məğlub etmək üçün sərf etməliyik” deyərək cavab verib. Netanyahunun partiyasından onun liderliyini şübhə altına alan bir səsin hələ də olmadığı diqqətə çatdırılır.
Ekspertlər ölkənin müharibə şəraitində olduğu bir vaxtda baş nazirin vəzifədən azad edilməsinin mümkün olmadığını bildirir və Netanyahunun bu prosesdən öz xeyrinə istifadə etməyi bacardığı bildirilir.
Netanyahunun siyasi cəhətdən sağ qalmaq üçün müharibəni lazım olduğundan daha çox uzatması da mümkündür.
İOnun hücumlarda günahı başqalarının üzərinə atmaq və mümkün təhqiqatdan yayınmaq üçün əlindən gələni edəcəyi proqnozlaşdırılır.
Netanyahunun son paylaşımı Twitter hesabında bu iddiaları təsdiqləyib.
Netanyahu, "Hücumlarla bağlı Baş nazirin məlumatlandırıldığına dair iddialar əsassızdır. Hərbi və daxili kəşfiyyat rəsmiləri, HƏMAS-ın qorxudulduğunu dəfələrlə söylədikləri üçün fəlakətdən məsuldur" deyib.
Lakin Netanyahu bu mesajı silməli, reaksiyalardan sonra üzr istəməli olub.
İsrailin ən uzunömürlü baş naziri tituluna sahib olan Netanyahu, HƏMAS-ı məğlub etmək və Qəzzada nəzarəti bərpa etmək əzmində görünən bir obrazı canlandırsa da, 7 oktyabr hücumlarından sonra onun hakimiyyətini bərpa etməsinin çətin olacağı da deyilir.
İsrail mediasında paylaşılan son sorğulara görə, Netanyahunun koalisiyası parlamentdə 64 yerdən 45 yerə enərək xal itirməkdədir.
Sorğuda iştirak edənlərin 41 faizi İsrailin keçmiş müdafiə naziri Benni Qanzı baş nazir olaraq görmək istədiyi halda, yalnız 25 faizi Netanyahunun qalmasını istəyir.