Türkiyəyə qarşı üç lobbi hərəkətə keçdi: ABŞ-ın müsbət F-16 mesajını həzm edə bilmədilər 


Türkiyənin ABŞ-dən 20 milyard dolların müqabilində almağı planlaşdırdığı F-16-lara qarşı hərəkətə keçən üç ölkənin lobbisi “Türkiyə üçün döyüş təyyarələrinə yox” adlı koalisiya qurublar. 
"Sherg.az" xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə illərdir neytrallığı ilə tanınan Baltikyanı ölkələr NATO-ya üzv olmaq üçün hərəkətə keçiblər. İsveç və Finlandiyanın hərbi alyansa üzvlüyünə qarşı çıxan Türkiyə ötən il Finlandiyanın təşkilata daxil olmasını təsdiqləmiş, lakin İsveçlə bağlı proseduru dayandırmışdı. 20 aydan sonra Türkiyə İsveçin quruma daxil olmasını təsdiqlədi. Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməyə qatılan 346 millət vəkilindən 287-si lehinə, 55-i isə əleyhinə səs verdi. İsveç Baş Nazirliyindən verilən açıqlamada, "Bu gün NATO-nun tamhüquqlu üzvü olmağa bir addım daha yaxınlaşdıq" deyə açıqlama verildi. 

Məlum olduğu kimi Türkiyə Böyük Millət Məclisinin və prezident R.T.Ərdoğanın təsdiqindən sonra ABŞ prezidenti Co Bayden F-16-ların Türkiyəyə təcili çatdırılması üçün Konqresə məktub yazıb. Bu çərçivədə Ankara Vaşinqtondan cəmi 20 milyard dollar dəyərində 40 ədəd F-16 və modernləşdirmə dəsti alacaq. Lakin Baydenin məktubundan sonra ABŞ Konqresindəki erməni, yunan və hindu lobbisi hərəkətə keçiblər. Üçlü qrup F-16 qırıcılarının Türkiyəyə mümkün satışı ilə bağlı yekun detalların hərtərəfli nəzərdən keçirilməsini tələb ediblər. Lobbi təşkilatları da məktub yazaraq Ankaranı İsveçin NATO-ya üzvlüyünü ABŞ Administrasiyası ilə bazarlıq vasitəsinə çevirməkdə ittiham ediblər. Məktubda deyilib: "Türkiyəyə silah təhvil verilməsinin insan hüquqlarının pozulmasına və münaqişə ehtimalını artıracağına dair ciddi narahatlığımız var”. 

Yunan mətbuatından olan “Ethnos” qəzeti isə “Bayden-Ərdoğan görüşü, Yunanıstana şantaj” başlıqlı xəbər dərc edib. Xəbərdə Bayden Administrasiyasının Konqresdə Türkiyə əleyhinə olan senatorları razı salmaq üçün Yunanıstanı təsdiq siyahısına əlavə edəcəyi bildirilib. 

ABŞ Konqresinin və Dövlət Departamentinin keçmiş rəsmisi Alan Makovski "F-16"ların Türkiyəyə çatdırılmasını kritik proses kimi qiymətləndirib. Baydenin Ərdoğanla telefon danışığından əvvəl Makovski İsveçin təsdiqləmə prosesinin rəsmi şəkildə tamamlanacağı təqdirdə, Konqresin dörd əsas üzvündən "F-16"ların satışına razılıq verəcəyi bildirilib. Bununla belə Makovski bildirib ki, Konqres üzvlərinin Türkiyəyə “hə” deməyəcəyi ehtimalı var. Makovski senatorların "F-16"ların Yunanıstana qarşı istifadə edilib-edilməyəcəyinə dair zəmanət istəmələrini də təklif edib.