Azərbaycan Respublikasında 7 fevral 2024-cü il Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azad Vətən Partiyasının Seçki Qərargahı öz müşahidəçiləri üçün seminar təşkil edib.
Sherg.az xəbər verir ki, onlayn və əyani formatda keçirilən seminarda müşahidəçilərin hüquq və vəzifələri üzrə rəsmi təlimat izah olunub, partiyanın seçkilərdə tutduğu mövqenin əsas istiqaməti açıqlanıb. 118 saylı Ağdam şəhər seçki dairəsində müşahidəçi olacaq Asif Əliyev, 15 saylı Yasamal Birinci seçki dairəsində müşahidəçi olacaq Ceyhun Nağıyev, 4 saylı Naxçıvan şəhər dairəsindən Haşim İsgəndərli və digərləri seminarda fikirlərini bildiriblər. Partiyanın sədri Akif Nağı və Siyasi Şuranın sədri Novruz Novruzov seminar iştirakçılarının suallarını cavablandırıblar.
AzVP-nin Mətbuat xidməti