Şahin Bağırov: Növbəti illərdə qarşımızda duran vəzifələri layiqincə yerinə yetirəcəyik

Gömrük rəsmiləşdirilməsi zamanı elmi əsaslı metodlar tətbiq edilir.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrükçülərin peşə bayramı münasibətilə keçirilən tədbirdə bildirib.
"Hər birimiz yaxşı bilir ki, 2023-cü il Azərbaycan üçün zəfər ili olub. Zəfər ilində bəyan etmişik ki, biz növbəti illərdə qarşımızda duran vəzifələri layiqincə yerinə yetirəcəyik", - deyə Ş. Bağırov əlavə edib.