
Gürcüstan siyasətinin kölgəsi: Qaribaşvilini İvanaşvili istefaya məcbur edib?
11:42 30.01.2024
Dünya
592
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.
Bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Baş nazir bu barədə hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
“İctimaiyyətə komandamızla müzakirə etdiyimiz qərar barəsində məliumat vermək istəyirəm. Bu gün mən Baş nazir vəzifəsini tərk edirəm”, - Qaribaşvili deyib.
Xatırladaq ki, “İmedi” telekanalı ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyinin Baş nazir postuna irəli sürüləcəyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, İ.Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.
Onu da qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.
Gürcüstan siyasi arenasında baş verən dəyişiklər barədə "Sherg.az" a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, bu cür dəyişliklər normaldır:
"Nəzərə almaq lazımdır ki, Gürcüstan parlamentli respublikadır və baş nazir hökümətin rəhbəri sayılır. Ümumiyyətlə Gürcüstanda son zamanlar baş nazirin tez-tez dəyişdiyinin şahidi oluruq. Burada fərqli fikirlər mövcuddur. Fikirlərdən biri də Gürcüstan siyasətində əsas oyun qurucusunun İvanaşvili olduğu və onun bu şəkildə sistemin daha demokratik görünməsinə çalışdığıdır. O, eyni zamanda ölkə siyasətinin gündəmini tez-tez dəyişərək, müxalifətin təşkilatlanmasının qarşısını alır".

Politoloq digər versiyanın da mövcudluğundan bəhs edib:
"İvanaşvilinin baş nazirləri tez-tez dəyişməsinə səbəb əslində hansısa siyasi fiqurun möhkəmlənməsinin qarşısını almaqdır.
Çünki uzun müddət hakimiyyətdə qalan baş nazir orada möhkəmlənə bilər. Digər tərəfdən siyasətdə arxada dayanan kölgə İvanaşvili olsa da, Gürcüstanda müxtəlif koalisiyalar var. Həm hakim, həm də müxlif partiyada kifayət qədər qərbpərəst qüvvələr var. Bu fiqurların hakimiyyətin Qərbdən uzaqlaşıb Rusiyaya yaxınlaşdığını gördükləri anda qopmalar başlayır. Bu da istər-istəməz hökümətdə parçalanmalara səbəb olur. Məhz sözügedən səbəbdən baş nazir koalisyalardan aslı olaraq tez-tez dəyişir".
T. Rzayev Qərbin Gürcüstan üzərinə müəyyən tələblər qoyduğunu qeyd edib:
"Xüsusilə Rusiyadan uzaqlaşmaq məsələsində Gürcüstana təzyiqlər göstərilir. Bu mərhələdə İvanaşvili daha çox güvəndiyi şəxslərin hakimiyyətdə olmasını istəyir. Yəqin ki, siyasətçiləri Qərb və Rusiya arasında yürütdüyü balans siyasətinə uyğun olaraq tənzimləyəcək. Hakimiyyətdə həm Qərbə yaxın, həm də Rusiyaya yaxın fiqurlar olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm