Bəli, liderləri Allah seçir...

Adəmin də, Nuhun da, lap elə həzrəti Məhəmməd peyğəmbərin də vaxtında 2-ni 2-yə vuranda 4 eləyirdi, indi də elədir. Amma bu cəmin 5 olduğunu sübut etməyə çalışanlar, yenə də məğlub oldular...

Bəli, O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur…
O, müdrikdir- işıqlı gələcəyə yol açır...
Qazilərə, köçkünlərə, hərbiçilərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib…
Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir…
Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- bilmir ki, bilmir-lər baş aparır…
Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var…
Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil…

Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da…

Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir…

Hər bir ölkəni təmsil edən simvollar var- himn, bayraq, gerb və prezident!

Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi inaqurasiya mərasimi münasibətilə təbrik edir, növbəti prezidentlik dövründə möhkəm can sağlığı arzulayıram...

Demişdim, deyirəm, yenə də deyəcəyəm: Liderləri Allah seçir...

Elman Eldaroğlu