Ermənistanda bu virusa yoluxma artdı

Ermənistanda Qərbi Nil qızdırması virusuna 75 yoluxma halı qeydə alınıb.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl bu virusa 58 yoluxma halı qeydə alınmışdı.
Qeyd edək ki, virusun nə peyvənd, nə də dərmanla müalicəsi var.