Sabahdan məktəbli formaları ucuzlaşır - RƏSMİ

Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları sabahdan ucuzlaşacaq.
Sherg.az xəbər verir ki, bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib.

O, BTE-nin yeni tədris ilinə tam hazır olduğunu söyləyib:

"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manata salınıb. Sabahdan isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir", - deyə şöbə müdiri qeyd edib.