Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

ABŞ hökuməti Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.

APA xəbər verir ki, bu barədə yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, həmçinin verilməsi planlaşdırılan paketi daha əhəmiyyətli adlandırıb. Kirbi, dəstəyin miqdarını dəqiqləşdirməyib.

“Düşünürəm ki, siz bu gün bizdən bir az sonra eşidəcəksiniz, görəcəksiniz ki, biz onların müstəqilliyi üçün fəlsəfi dəstəyi daha əsaslı yardımla, o cümlədən yeni hərbi yardımla gücləndirəcəyik.”, - deyə o bildirib.