ABŞ-ın yeni prezidenti kim olacaq?- Putin öz seçimini açıqladı

Rusiya prezidenti Vladimir Putin ABŞ-da 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı suala təəccüblü cavab verib. 
Sherg.az xəbər verir ki, Rusiyanın dövlət kanalı “Rossiya-1”in müxbirinə müsahibəsində Putin Ukrayna müharibəsini və ötən həftə Fox News-un keçmiş aparıcısı Taker Karlsona verdiyi müsahibəni dəyərləndirib.

Ukraynanın NATO-ya daxil olması ehtimalından narahat olduqlarını ifadə edən Putin, "Çünki bu, təhlükəsizliyimizi təhdid edir. NATO-nun şərqə doğru genişlənməməsi bizi daim aldadır. Beş genişlənmə etdilər, tam bir aldatma" deyə bildirib.

Rusiyanın Ukrayna ilə bağlı əvvəlcə sülhsevər təşəbbüslər göstərdiyini, eyni zamanda Minsk razılaşmalarının həyata keçirilməsi ilə bağlı aldandığını vurğulayan Putin deyib: “Təəssüfləndiyimiz tək şey həmsöhbətlərimizin layiqli insanlar olduğunu düşünərək aktiv hərəkətlərimizə tez başlamamağımızdır" .

Rusiyanın Donbasdakı hadisələrə görə Ukraynada xüsusi hərbi əməliyyata başladığını bildirən Putin, "Bugünkü Ukrayna hakimiyyətinin Minsk razılaşmalarını yerinə yetirməkdən tamamilə imtina etməsi əslində tətik faktoru idi" deyə qiymətləndirmə edib.

Keçən həftə yayımlanan müsahibəsində amerikalı jurnalist Karlsonun çox yumşaq davrandığı ilə bağlı qiymətləndirmələrə toxunan Putin, "Məncə Carlson təhlükəli bir insandır. Onun aqressiv davranacağını və sərt suallar verəcəyini düşünürdüm. Bunu istədim, çünki fürsətim olacaqdı, sərt cavablar verim”- deyə vurğulayıb.

Putin, Carlsonun bunun əvəzinə fərqli bir taktika işlətdiyini ifadə edərək, "Bir neçə dəfə sözümü kəsməyə çalışdı, amma yenə də Qərb jurnalisti üçün təəccüblü dərəcədə səbirli idi" - bildirib.

"Co Bayden və ya Donald Trampı ABŞ prezidenti kimi görmək istəyirsiniz" sualına Putin belə cavab verib: "Co Bayden. O, daha təcrübəli və daha proqnozlaşdırıla biləndir. O, köhnə məktəb siyasətçisidir. Amma biz Amerikanın hansı lideri ilə işləyəcəyik, bunu insanlar seçirlər”. 

Rusiya prezidenti Putin qeyd edib ki, Trampın ABŞ-ın müttəfiqləri ilə münasibətlərinin necə inkişaf etməli olduğuna dair öz fikirləri var.