Bayraktar: “Xocalı soyqırımını unutmadıq, unutmayacağıq”

“Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümünü unutmadıq, unutmayacağıq”.

Bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana verdiyi başsağlığı mesajında bildirilib.

“Şəhid qardaşlarımızı və bacılarımızı rəhmətlə yad edirəm...”, - deyə paylaşımda vurğulanıb.